21 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Çavuşoğlu Azərbaycana səfər proqramı məlum olub

Screen Shot 2021 09 02 at 14.34.20

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfəri fevralın 18-dən 19-dək davam edəcək.

Bunu Türkiyə Xarici İşlər Nazirliyi açıqlayıb.

Səfər çərçivəsində M.Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramov ilə görüşəcək. Prezident İlham Əliyev XİN başçısını qəbul edəcək.

Həmçinin Gürcüstan baş nazirinin müavini – xarici işlər naziri David Zalkalianinin də iştirakı ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin doqquzuncu üçtərəfli görüşü keçiriləcək.

M.Çavuşoğlunun gürcüstanlı həmkarı ilə ikitərəfli görüşü də olacaq. Danışıqlarda ölkələr arasında münasibətlər və regional məsələlərlə bağlı proseslər, həmçinin strateji tərəfdaşlıq səviyyəsində əməkdaşlığı inkişaf etdirmək üçün atıla biləcək addımlar ikitərəfli və üçtərəfli formatda müzakirə olunacaq.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər