16 C
Baku
Saturday, November 26, 2022

Çavuşoğlu: “Azərbaycanla birlikdə tarixi İpək yolunu bərpa etməyə çalışırıq”

“Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə birlikdə tarixi İpək yolunu bərpa etməyə çalışırıq”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, rəsmi Ankara hamı ilə öz dilində danışır: “Məsələn, Yunanıstanla anladığı dildə danışacağıq”.

Nazir hesab edir ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra “Cənub dəhlizi” artıq alternativ deyil: “Nəticədə şərq-qərb ortaq dəhlizinin əhəmiyyəti artdı. Azərbaycan, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə tarixi İpək Yolunu bərpa etmək təşəbbüsümüz təkcə quru yolların, dəmir yollarının, limanların açılışından ibarət deyil. Bu, daha geniş prosesdir”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər
X