28 C
Baku
Saturday, July 27, 2024

Çavuşoğlu beynəlxalq ictimaiyyəti Azərbaycana dəstək verməyə çağırıb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, beynəlxalq ictimaiyyəti Dağlıq Qarabağ məsələsində Azərbaycana dəstək verməyə çağırıb.

Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.

“Bu, praktiki olaraq müharibədir. Azərbaycan öz torpaqlarının qaytarılması uğrunda mübarizə aparır. Və hər kəs onu dəstəkləməlidir. Lakin Minsk Qrupu, xüsusilə Fransa Ermənistanı dəstəkləyir. Obyektiv olmaq lazımdır, 30 ildir bu məsələ həlli yolunu tapmır. Ukrayna, Gürcüstan və Türkiyə Azərbaycanı dəstəkləyir. Bəs niyə Ermənistanı Dağlıq Qarabağı tərk etməyə məcbur etmirsiniz”, – deyə nazir NATO-nun baş katibi Jens Stoltenberg ilə keçirilən mətbuat konfransında söyləyib.

Son xəbərlər
Digər xəbərlər