26 C
Baku
Saturday, July 27, 2024

Çavuşoğlu Braziliyada həmkarları ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyadadır.

Nazir səfər çərçivəsində bu ölkənin xarici işlər naziri vəzifəsinə yenidən təyin olunan Mauro Vieira, Qvatemala xarici işlər naziri Mario Adolfo Bucaro Flores və Qabon xarici işlər naziri Maykl Musso Adamo ilə ayrı-ayrılıqda görüşüb.

Braziliyada ilk görüşünü yenidən ölkənin xarici işlər naziri vəzifəsinə təyin olunan Vieira ilə keçirdiyini bildirən Çavuşoğlu ikinci görüşünün qvatemalalı həmkarı Floreslə olduğunu bildirib:

“İqtisadiyyat, müdafiə sənayesi və mədəniyyət sahələrində əlaqələrimizi inkişaf etdirəcəyik” – deyə Çavuşoğlu bildirib.

Nazir Çavuşoğlu qabonlu həmkarı Adamo ilə 2022-ci ilin son ikitərəfli görüşünü keçirdiklərini söyləyib.

“Biz müdafiə sənayesi və iqtisadi əlaqələrimizi və nazirliklərimiz arasında əməkdaşlığı müzakirə etdik”- deyə, o məlumat verib.

Son xəbərlər
Digər xəbərlər