10 C
Baku
Friday, December 13, 2024

Çavuşoğlu Brüsselə səfər edəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 20-22 yanvar 2021-ci il tarixlərində Brüsselə səfər edəcək.

Türkiyə Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, səfər çərçivəsində nazir Avropa İttifaqı Şurasının və Avropa Komissiyasının yüksək səviyyəli rəsmiləri, eləcə də Avropa Parlamentinin bəzi üzvləri ilə danışıqlar aparacaq.

Bundan başqa, M. Çavuşoğlu Belçika Baş nazirinin müavini, xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəniyyət təşkilatları naziri və NATO-nun Baş katibi ilə də görüşərək ikitərəfli və çoxtərəfli əlaqələrlə bağlı müzakirələr aparacaq.

Qeyd olunub ki, Brüssel səfərində Türkiyə-Avropa İttifaqı (Aİ) əlaqələrinin və Aİ-yə üzvlük məsələsinin regional və beynəlxalq əlaqələr çərçivəsində müzakirələri də gözlənilir.

Son xəbərlər
Digər xəbərlər