7 C
Baku
Sunday, December 15, 2024

Çavuşoğlu Donbassda “Türk silahından” istifadə sualına cavab verdi

G20 Liderlər Zirvəsində iştirak etmək üçün prezident Rəcəb Tayyib Ərdoğanla Romaya səfər edən xarici işlər naziri Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb.

Görüşdən sonra Çavuşoğlu mətbuata açıqlamalar verib. Çavuşoğlu, rusiyalı müxbirin Donbassda Türkiyədə istehsal olunan silahlı pilotsuz təyyarələrin (PUA) istifadəsi ilə bağlı sualına belə cavab verib:

“Əgər bir ölkə silahı bizdən, başqa ölkədən alıbsa, o silahı Türkiyə, Rusiya, Ukrayna silahı adlandırmaq olmaz. Əgər dövlət bizdən alırsa, artıq türk məhsulu deyil. Ola bilsin ki, Türkiyədə istehsal olunub, amma Ukraynaya məxsusdur. Türkiyəni buna görə günahlandırmaq olmaz.

Bəzən müxtəlif ölkələrdə terrorla mübarizəmiz zamanı müxtəlif ölkələrdən, o cümlədən Rusiyadan fərqli silahlarla qarşılaşırıq. Biz heç vaxt Rusiyanı günahlandırmırıq. Ukrayna da bizim adımızdan istifadəni dayandırmalıdır”.

Son xəbərlər
Digər xəbərlər