12 C
Baku
Sunday, October 27, 2024

Çavuşoğlu Hindistan və İranın Ermənistanı silahlandırmasından danışdı

Cəbrayılda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanın Hindistan və İran tərəfindən silahlandırılmasına münasibət bildirib.

Nazir bildirib ki, silahlandırma ilə münaqişənin həll edilməyəcəyini 30 ilin sonunda hamı görüb.

“Artıq Qafqazda hər kəs sülh və sabitlikdən danışmalıdır. Hazırda Orta Dəhliz daxil olmaqla əhəmiyyətli layihələrin həyata keçirilməsindən danışılmalıdır. Orta Dəhliz hazırda çox böyük önəm qazanıb. Qida və enerji böhranından dolayı çox fürsətlər yaranıb. Silahlanmaya deyil, sülhə və birlikdə çalışmağa diqqəti yönəltməliyik”, – deyə XİN başçısı vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər