8 C
Baku
Friday, March 29, 2024

Çavuşoğlu İraqda Türkiyə səfirliyinə hücum xəbərini təkzib etdi

“Bağdadda Türkiyə səfirliyinə hər hansı hücum olmayıb, səfirliyin təhlükəsizliyi gücləndirilib”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT Haber telekanalına müsahibəsində İraqın Dohuk əyalətinin Zaho rayonunda baş verən və 8 nəfərin ölümü, 23 nəfərin isə yaralanmasına səbəb olan hücum barədə danışarkən deyib.

Nazir bildirib ki, viza verilən bir ofisdə Türkiyə bayrağını yandırmağa cəhd ediblər, səfirliyin keçmiş binası yaxınlığında aksiya keçirilib: “Türkiyənin İraqın müxtəlif bölgələrində apardığı mübarizə PKK terror təşkilatı ilədir. Türkiyə heç vaxt mülki əhaliyə atəş açmayıb, o cümlədən də Dohukda mülki əhaliyə hər hansı hücum olmayıb. Bu, əslində Türkiyənin terrorla mübarizəsini əngəlləmək məqsədi daşıyır”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər