3 C
Baku
Saturday, December 14, 2024

Çavuşoğlu ispaniyalı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Nyu-York şəhərində İspaniyanın xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb.

Bunu M.Çavuşoğlu tivterdə yazıb.

O, həmkarı ilə NATO-nun genişlənmə siyasətini və Ukraynadakı durumu müzakirə etdiyini bildirib.

Qeyd edək ki, nazirlər BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində bir araya gəliblər.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər