13 C
Baku
Saturday, November 23, 2024

Çavuşoğlu: “İsveç və Finlandiyaya mesajlarımızı açıq şəkildə çatdırdıq”

İsveç və Finlandiyaya mesajlarımızı açıq şəkildə çatdırdıq. İki ölkənin də terrorla mübarizədə konkret addımlar atmalıdır.

Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbulda rumıniyalı və polşalı həmkarları ilə birgə mətbuat konfransı zamanı deyib.

O qeyd edib ki, terrorizm NATO və müttəfiqlərə qarşı yönəlmiş ən asimetrik təhlükədir və onunla mübarizə təşkilatın yeni strateji konsepsiyasında yer almalıdır.

Bundan əlavə, Çavuşoğlu Türkiyənin Polşa va Rumıniya ilə münasibətlərini strateji birlik səviyyəsinə yüksəltmək niyyətində olduğunu bildirib.

Onun sözlərinə, bu il üç ölkənin liderlərinin samiti də həyata keçiriləcək.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər