Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin yeni təyin olunmuş xarici işlər naziri Tobias Billström ilə telefon danışığı aparıb.
Bu barədə İstanbul müxbirinə Türkiyə XİN-dən məlumat verilib.
Qeyd olunub ki, danışıq zamanı Madriddə Türkiyə, İsveç və Finlandiya arasında son iki ölkənin NATO-ya üzv olmaqlarına dair imzalanan üçtərəfli razılaşmanın icrası müzakirə olunub.