24 C
Baku
Sunday, May 26, 2024

Çavuşoğlu Lavrovla görüşüb – Yenilənib

12:54

Türkiyə və Rusiya xarici işlər nazirlərinin müzakirə etdiyi məsələlər açıqlanıb.

Türkiyə XİN başçısı Mövlud Çavuşoğlu bu barədə “Twitter“ hesabında paylaşım edib.

“Suriya ilə bağlı xarici işlər nazirlərinin dördtərəfli iclasından əvvəl rus həmkarım Lavrovla Suriya, Ukrayna və Qafqazdakı məsələləri və Taxıl Sazişini müzakirə etdik”, – nazir qeyd edib.

***

12:20

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Görüş Türkiyə-Rusiya-Suriya-İran dördtərəfli iclasından əvvəl baş tutub.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər