Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Moldovaya səfər edəcək.
Bu barədə Türkiyə XİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, səfər Moldova Baş nazirinin müavini, xarici işlər və Avropaya inteqasiya naziri Niku Popeskunun dəvəti ilə noyabrın 18-də reallaşacaq.
Səfər çərçivəsində Türkiyə XİN rəhbəri moldovalı həmkarı ilə, eyni zamanda, Moldovanın Prezidenti Maya Sandu, parlamentin spikeri İqor Qrosu və Baş nazir Nataliya Qavrilita ilə görüşlər keçirəcək