24 C
Baku
Tuesday, September 27, 2022

Çavuşoğlu Qərb ölkələrini Ukraynadakı vəziyyəti şişirtməkdə ittiham edib

“Türkiyənin mövqeyi yetərincə aydındır. Biz hər iki tərəflə münasibətləri yaxşı olan, “Bölgəmizdə qarşıdurma, ixtilaf var, daha bir qarşıdurma olmasın” deyən ölkə olaraq gərginliyin azaldılması üçün addımlarımızı davam edirik. Bu fəaliyyətlərin bəziləri aşkarda olandır, digərlərini isə pərdə arxasında edirik”.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TRT Haber”ə müsahibəsində Ukrayna-Rusiya arasındakı böhranı şərh edərkən söyləyib.

“Məsələ ilk növbədə gərginliyin azaldılması və sabitliyin bərqərar olmasıdır. Hər cəhd qiymətlidir, ancaq bəziləri “Mən də bu işdə varam” demək üçün atılan addımlardır. Burada səmimiyyətsizlikləri müşahidə edirik. Lazımsız açıqlamalardan da qaçmaq lazımdır. “Rusiya bu gün işğal edəcək”, “Sabah işğal edəcək” kimi açıqlamalar Ukraynada narahatlığa səbəb olur. İqtisadi baxımdan da Ukraynaya zərər verir. Gerçək durumun bu olmadığını görürük. Real vəziyyətdə gərginlik varmı? Qarşıdurma ehtimalı varmı? Var. Ancaq bunu bəzi Qərb ölkələrinin açıqladığı kimi meqafon diplomatiyası ilə dilə gətirməyə ehtiyac yoxdur”, – XİN başçısı vurğulayıb.

Onun sözlərinə görə, bölgədə sülh üçün hər kəs balanslı siyasət aparmalıdır:

“Ukrayna tərəfi vasitəçilik istəyir, hazırdır. Rusiya tərəfi qapını bağlamayıb. Putinin Türkiyəyə gəlməsi ilə təşkil ediləcək toplantıda ev sahibliyi sırası bizə keçib. İndi Rusiyadan səfərin tarixi ilə bağlı tövsiyə istədik. Digər yandan cəhdlərimizi davam etdiririk. Biz bu məsələdə çox iddialı davranmırıq. Vasitəçilik həmsədrliyini BMT-də, İƏT-də davam etdiririk. Buradakı məsuliyyətimizi bilirik”.

MənbəReport
Son xəbərlər
Oxşar xəbərlər