“Ukraynada müharibənin qarşısını almaq üçün Prezident Rəcəb Tayyib Ərdoğan əlindən gələni etdi”.
Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə keçirdiyi birgə brifinqdə deyib.
“Təkcə Ukrayna taxılının deyil, Rusiya gübrəsinin ixracatı üçün maneənin aradan qalxmasına da yardım etdik”, – M.Çavuşoğlu vurğulayıb.
Onun sözlərinə görə, İstanbuldakı tənzimləmə mərkəzi bu prosesi yaxından izləyəcək.
Nazir qeyd edib ki, hazırda Rusiya ilə Ukrayna arasında atəşkəsə nail olmağa çalımaq lazımdır.