15 C
Baku
Sunday, November 24, 2024

Çavuşoğlu Rusiya və İranı Suriya hakimiyyətinə təsir göstərməyə çağırıb

Suriyada siyasi həll istəməyən bir rejim var. Bu məsələdə Rusiya və İranın rejim üzərində olan təsirlərini istifadə etmələri faydalı olacaq.

Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Suriyanın gələcəyini təmin edə biləcək yeganə həll yolu siyasi həldir.

Nazir qeyd edib ki, Türkiyə Suriyanın ərazi bütövlüyünü dəstəkləyir. XİN rəhbəri Suriyanın terror təşkilatlarından təmizlənməsinin vacibliyini də vurğulayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər