12 C
Baku
Monday, November 25, 2024

Çavuşoğlu: “Rusiyada qismən səfərbərlik və referendumlar vəziyyətin ciddiliyini göstərir”

Rusiyada qismən səfərbərlik və Donbassda referendumun keçirilməsi Ukraynadakı vəziyyətin ciddiliyini göstərir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Ukrayna müharibəsində humanitar böhranın dərinləşməsinin qarşısını almağa çalışırıq. İndi yeni reallıqlar yaranıb. Müharibə uzandıqca konkret həllə nail olmaq çətinləşir. Amma diplomatiya hələ də yeganə dialoq yoludur”, – o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

 

 

Son xəbərlər
Digər xəbərlər