4 C
Baku
Cümə axşamı, Yanvar 20, 2022

Çavuşoğlu: “Sən çox yaşa Azərbaycan, yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”

“Bütün dünyanın haqlının yanında olması, həqiqətləri söyləyə bilməsi üçün mübarizəmizi davam etdirəcəyik”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu oktyabrın 6-da Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdə söyləyib.

“Yazıçı Sezai Karakoç belə deyərdi:

“Onlar sanırlar ki, biz sussaq məsələ qalmayacaq.

Halbuki biz sussaq, tarix susmayacaq.

Tarix sussa, həqiqət susmayacaq”, – nazir qeyd edib.

Mövlud Çavuşoğlu həmçinin Azərbaycan himnindən də bir parça səsləndirib:

“Üçrəngli bayrağınla məsud yaşa, sən çox yaşa Azərbaycan! Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!”.

Son xəbərlər
Oxşar xəbərlər