“Taxıl daşınması sazişi”nin icrası problemsiz şəkildə davam edir.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu latviyalı həmkarı Edqars Rinkeviçs ilə birgə mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, bu porsesin dondurulmaması üçün Türkiyə səylərini davam etdirəcəyik.
Bundan əlavə, nazir Çavuşoğlu ölkəsinin Ukraynaya dəstək məsələsində Krımın Rusiya tərəfindən ilhaq edildiyi zamandan bugünədək qərarlı olduğunu da vurğulayıb.