20 C
Baku
Bazar, Oktyabr 17, 2021

Çavuşoğlu: “Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılması strateji layihədir”

“Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr arasında ilk sıradadır”.

Bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Türkiyə Azərbaycandan ixrac edəcəyi təbii qazın həcmini gələcəkdə daha artıracaq.

“Biz daha iki layihənin həyata keçirilməsinə üstünlük veririk. Bunlardan biri, Qars-Naxçıvan dəmir yolu xəttidir. İkinci isə Türkiyə üzərindən Naxçıvana təbii qazın çatdırılmadır ki, bu da strateji layihədir. Digər tərəfdən, mədəniyyət, təhsil sahələrində, universitetlər arasında əməkdaşlığın gücləndirilməsi məsələsi müzakirə edilib”, – deyə Türkiyə XİN başçısı vurğulayıb.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər