Türkiyə Azərbaycan, Misir və ABŞ-dan təbii və maye qaz alaraq həm öz tələbatını qarşılayır, həm də qonşu ölkələrə tədarük edir.
Bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu misirli həmkarı Semih Şükri ilə birgə mətbuat konfransı zamanı bildirib.
O, “TANAP”ın ötürmə qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyard kubmetrə qaldırılması üzrə işlər getdiyini xatırladıb.
Nazir qeyd edib ki, təbii qaz sahəsində əməkdaşlığı artırmaq məqsədi ilə Türkiyə Misirlə qısa və ya uzunmüddətli saziş imzalama istəyir.