Taxıl anlaşması imzalandığı gündən indiyə qədər 33 gəmi Ukrayna limanlarını tərk edib.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global”a müsahibəsində deyib.
O deyib ki, hazırda anlaşmanın həyata keçirilməsi istiqamətində ciddi problem yoxdur.
“Bəzi texniki məsələlər olur ki onlar da həll edilir. İndiyədək 723 min ton taxıl daşınıb və bu Afrika ölklərinə gedib”, – deyə Türkiyə XİN rəhbəri qeyd edib.