Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycan səfirliyinə hücumla bağlı İrana çağırış edib.
O, bununla bağlı “A Haber” kanalına açıqlama verib.
“Türkiyə olaraq edə biləcəyimiz bir şey varmı deyə soruşduq. Müxtəlif məlumatlar gəlir. Biz buradan İrana çağırış edirik ki, hücum edənlər tutulsun və həqiqət ortaya çıxsın”, – deyə o vurğulayıb.