“Lipton”, “Saito” və “Brooke Bond” brendlərinin sahibi olan beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya bazarını tərk edir.
Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Yuxarıda göstərilən markaların çayları 2022-ci ilin sonuna qədər Rusiyada istehsalı, həmçinin satışı tamamilə dayandırılacaq.
“Beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya ərazisində fəaliyyətini dayandırmaq qərarına gəlib”, – məlumatda deyilir.
Şirkət bu qərarını mövcud vəziyyətin Rusiyada biznesin sabit inkişafına imkan verməməsi ilə əsaslandırıb.