6 C
Baku
Monday, December 16, 2024

Çay brendləri “Lipton”, “Saito” və “Brooke Bond” Rusiyanı tərk edir

“Lipton”, “Saito” və “Brooke Bond” brendlərinin sahibi olan beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya bazarını tərk edir.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Yuxarıda göstərilən markaların çayları 2022-ci ilin sonuna qədər Rusiyada istehsalı, həmçinin satışı tamamilə dayandırılacaq.

“Beynəlxalq çay şirkəti “Ekaterra” Rusiya ərazisində fəaliyyətini dayandırmaq qərarına gəlib”, – məlumatda deyilir.

Şirkət bu qərarını mövcud vəziyyətin Rusiyada biznesin sabit inkişafına imkan verməməsi ilə əsaslandırıb.

Son xəbərlər
Digər xəbərlər