15 C
Baku
Sunday, November 24, 2024

Çay idxalına 50 milyon dollardan artıq valyuta sərf olunub

Azərbaycan bu ilin ilk 10 ay ərzində 11 877.49 ton çay idxal edib. İdxal olunmuş çayın dəyəri 51 622.04 min ABŞ dolları təşkil edib.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Komitənin hesabatlarına əsasən Banker.az tərəfindən aparılan hesablamalara görə, 2020-ci ilin yanvar-oktyabr aylarında idxal olunan çayın həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4.4%, dəyəri isə 11.6% artıb.

Həmçinin hesabatda qeyd olunur, bu dövr ərzində Azərbaycandan 897.86 ton çay ixrac olunub ki, onun dəyəri 6 815.25 min ABŞ dolları olub. Bu isə ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 20% və 11.5% azdır.

Son xəbərlər
Digər xəbərlər