İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçirilib.
Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin yaydığı məlumatda bildirilir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçirilən hərracda 1 lot üzrə “Çaykənd” bazalt yatağı satışa çıxarılıb.
Başlanğıc qiyməti 354 min 800 manatdan başlayan yatağın xammalı olan bazalt süxurları, daş yunu istehsalı üçün yararlıdır. Qeyd edək ki, yatağın qiyməti onun ehtiyat həcminə görə müəyyənləşir.
Hərracda “Azerbazalt Elmi – İstehsalat Birliyi” MMC qalib gəlib.