CBS və Viacom media holdinqi birləşmə barədə razılığa gəldilər

0

CBS Corp və Viacom media holdinqi birləşmə barədə razılığa gəliblər.

Banker.az xəbər verir ki, CBC Corp və Viacom-un press relizində qeyd edildiyi kimi, CBS səhmdarları səhmlərin təxminən 61%-ni, Viacom səhmdarları isə 39%-ni alacaqlar.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Yeni ViacomCBS şirkətinin baş icrası direktoru və prezidenti vəzifəsini Robert Bakish icra edəcək. ViacomCBS ABŞ-da televiziya auditoriyasının həcminə görə 1-ci yer tutacaq.

Viacom korporasiyası 2005-ci ildə CBS Corp-u təsis etmişdir. 10 ildən sonra, 2016-cı ildə, şirkət rəhbərliyi biznesin birləşməsini fəal müzakirə etməyə başlayıb. Danışıqların dəfələrlə dayandırılmasının əsas səbəblərindən biri, CBS-in rəhbəri olan Leslie Moonves-in 2018-ci ildə qalmaqallı istefası olub.

Liderlik mövqeyinə baxmayaraq, ViacomCBS çox güman ki, bazarın iri oyunçuları ilə rəqabət apara bilməyəcək. Vox portalı qeyd edir ki, yeni şirkət rəqabət imkanlarını genişləndirmək üçün özünə əməkdaş axtarıb tapmalı olacaq.