CBS Corp və Viacom media holdinqi birləşmə barədə razılığa gəliblər.
Banker.az xəbər verir ki, CBC Corp və Viacom-un press relizində qeyd edildiyi kimi, CBS səhmdarları səhmlərin təxminən 61%-ni, Viacom səhmdarları isə 39%-ni alacaqlar.
Yeni ViacomCBS şirkətinin baş icrası direktoru və prezidenti vəzifəsini Robert Bakish icra edəcək. ViacomCBS ABŞ-da televiziya auditoriyasının həcminə görə 1-ci yer tutacaq.

Liderlik mövqeyinə baxmayaraq, ViacomCBS çox güman ki, bazarın iri oyunçuları ilə rəqabət apara bilməyəcək. Vox portalı qeyd edir ki, yeni şirkət rəqabət imkanlarını genişləndirmək üçün özünə əməkdaş axtarıb tapmalı olacaq.








