12 C
Baku
Wednesday, April 24, 2024

CDB BANK təmassız ödəniş kartlarını müştərilərinə təqdim edib

“Caspian Development Bank (CDB)” ASC  VISA PayWave təmassız (contactless) ödəniş kartlarını müştərilərinə təqdim edir. Bu kartlar fiziki (VISA Electron, VISA Classic, VISA Gold, VISA Platinum, VISA Infinite) və hüqüqi şəxslər (VISA Business) üçün nəzərdə tutulub.

Kartların üstünlüyü ondan ibarətdir ki, artıq kart istifadəçisi təmassız ödəniş zamanı PIN-kod daxil etmədən, kartı terminala yaxınlaşdırmaqla əməliyyat aparmaq imkanı əldə edəcək . Kart istifadəçisi bununla həm vaxtına qənaət etmiş olacaq, həm kartdan istifadə asanlaşacaq, həm də kartın güvənliyini daha da yüksəltmiş olacaq.

Digər üstünlük ondan ibarətdir ki, istifadəçi üzərinizdə nağd vəsait gəzdirmir, kart vasitəsilə nağdsiz ödənişlər aparır və eləcə də istənilən vaxt nağd vəsait əldə etmək imkanına sahib olur. Kredit xətli kartlara isə Bank tərəfindən 30 gün güzətli müddət verilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər