12 C
Baku
Saturday, November 23, 2024

CDS (credit default swap) nədir?

CDS (credit default swap – defolt kredit svopu) müqaviləsi şərtlərinə əsasən, “Alıcı”, CDS “Satıcısına” birdəfəlik və yaxud mütəmadi yatırımlar edir (mükafatlar ödəyir). “Satıcı” isə öz növbəsində “Kredit hadisəsi” yarandığı halda “Alıcı” tərəfindən üçüncü tərəfə, yəni “Baza müştərinə” (ingilis dilində Reference Entity) verilən krediti ödəmək öhdəliyini öz üzərinə götürür.

Burada haqqında danışılan “Kredit hadisəsi” isə “Baza müştərisinin” krediti ödəmək imkanına malik olmadığı halı əks etdirən hadisədir. Beləliklə, “Alıcı” kredit riskindən özünü qorumuş olur. Bu bir növ əvvəlcədən verilmiş kreditə zəmanət  və yaxud alınmış borc öhdəliyi deməkdir. Defolt yarandığı hal, “Alıcı” “Baza müştərisinin” öhdəliyini əks etdirən borc sənədlərini (kredit müqaviləsi, istiqraz, veksel) CDS “Satıcıya” təqdim edir, qarşılığında isə “Satıcıdan” borcun dəyəri nominalında təzminat məbləği əldə edir.

 “Kredit hadisəsi” yarandığı an öhdəliklərin yerinə yetirilməsinin 2 növü var: pul təzminatı və fiziki kömək. Pul təzminatı halı dedikdə “Satıcı” tərəfindən “Alıcıya” “Baza müştərisinin” borc öhdəliyinin nominal və real (cari) dəyəri arasındakı fərq həcmində olan zərər ödənilir.

Fiziki kömək halında isə, CDS “Satıcı”, CDS “Alıcıdan” müqavilədə təyin edilmiş həcmdə və qiymətdə aktiv almalıdır. Məsələn, onun nominal dəyərini. Bu halda, kredit keyfiyyətində xoşagəlməz dəyişiklik riski “Satıcıya” keçir.

Xəyali “A” ailəsini təsəvvür edin. Onlar bu yaxınlarda evinizin yaxınlığında yeni tikilmiş və dəyəri 1 milyon dollar olan evə köçürlər. Yerli bank “A” ailəsinə ipoteka krediti verib. Problem ondadır ki, bankın balansında artıq həddindən artıq kredit var və o onların bir hissəsini öz balans cədvəlindən çıxartmaq istəyir. Beləliklə, bank sizə və yaxud qonşularınıza müraciət edir və onu “A” ailəsinin krediti ödəyə biıməyəcəkləri riskindən sığortalamaq istəyib istəmədiyinizi soruşur. Təbii ki, bank sizə iri həcmli komisyon haqqı ödəyəcək.

“A” ailəsi isə əməksevər insanlardır, maddi vəziyyətləri yaxşıdır. Sizə elə gəlir ki, bu yaxşı razılaşmadır. Bank sizə ildə 10 min dollar ödəyəcək. Əgər “A” ailəsi müflis olsa siz 1 milyon dollar borclu olacaqsınız. Lakin nə qədər ki, onlar krediti ödəyir, hər şey qaydasındadır. Bu demək olar ki, sərbəst pullardır. Mahiyyət etibarilə siz, “A” ailəsindən CDS almısınız. Bir gün səhər “A” ailəsinin sahibinin işə getmədiyini, növbəti gün isə işi itirdiyini öyrənirsiniz. Bu an həyəcan keçirməyə başlayırsınız. Birdən, 1 milyon dollar ödəməli olarsınız…

Lakin tələsməyin. Həmin ailəni daha yaxından tanıyan digər qonşu “A” ailəsinin sahibinin tezliklə yeni iş tapacağını deyir. O borc üzrə öhdəliklərin müəyyən hissəsini öz üzərinə götürməyə hazırdır. O “A” ailəsinin ipoteka kreditini sığortalamaq üçün ildə 20 min dollar tələb edir. Bu sizin üçün sərfəli deyil. Çünki ildə 10 min dollar əlavə ödəmək problemi ilə qarşılaşa bilərsiniz. Lakin sizə elə gəlir ki, buna dəyər. Çünki 1 milyon dollar dəyərində ipoteka krediti ödəmək istəmirsiniz. Beləliklə, CDS ticarət dünyasına xoş gəlmisiniz.

Son xəbərlər
Digər xəbərlər