19 C
Baku
Friday, May 3, 2024

Çe Qevara— kimdir?

Bu şəxsə həm pərəstiş edən, həm də nifrət edənlərin sayı az deyil, onun sayəsində onlarla dünya brendləri pullar qazanır, onu, tarixin ən qəddar qatili kimi tanıyır və onunla körpə uşaqları qorxudurlar. Çoxları hesab edir ki, Çe haqqında hər şeyi bilir, amma əslində onun həyatından bəzi faktlar o qədər də yayımlanmayıb və sizin üçün maraqlı ola bilər. 

Çe Qevara adı həm döyüşkən, həm romantik, həm də inqilabi səslənir, amma bu sadəcə məşhur inqilabçının ləqəbidir. Onun əsl adı isə Ernesto Linçdir. Onun soyadının belə olması ailəsinin bir tərəfinin irland əsilli olması ilə bağlıdır. Bu fotoda Ernestonun 25 yaşı var.

che1
Gənclikdə Ernestonun ləqəbi «Chancho» (donuz) idi, o, yuyunmağı sevmir və eyni bir köynəkdə də həftələrlə gəzə bilərdi. Bu davranış tərzi, onu bütün sonrakı həyatında da tərk etmir, amma sonralar çətin ki, kimsə onu qorxusundan donuz adlandıra bilərdi, Çe göz qırpımında onun həyatına son qoyardı.

Gənclikdə Çe olduqca özünəməxsus, fərqli bir uşaq idi – o, şahmatı sevir və yerli şahmat turnirlərində iştirak edirdi. O, poeziyanı xoşlayır və böyük miqdarlarda poetik əsərləri mütaliə edirdi. Məktəbdə onun sevimli fənləri riyaziyyat və texnika idi (o, belə fənn keçirdi). Bir çox tədqiqatçılar hesab edir ki, əgər Çe Qevara bizim günlərdə yaşasaydı, o, yəqin ki emo hərəkatına qoşulardı. Fotoda gələcək inqilabçının emo-variantı təsvir olunub.

3
Hamı bilir ki, Çe Qevera özünün Kubadakı fəaliyyəti ilə məşhurluq qazanıb, amma bununla yanaşı o, heç zaman kubalı olmayıb. Çe Argentinada, zəngin ailədə dünyaya göz açıb, o, dünyaya gəldikdən sonra atası söyləyib ki, «mənim oğlumun damarlarında irland qiyamçılarının qanı axır!».

Çe Qevara 1953-cü ilin iyun ayında tibb sahəsi üzrə öz elmi işini başa vurur və doktor Ernesto Qevara adına layiq görülür. Onun elmi işinin mövzusu cüzam xəstəliyinin müalicəsi idi.

1964-cü ildə Çe Qevara ABŞ-da BMT-nin toplantısında iştirak edir. Onun məruzəsinin mövzusu ABŞ-da qaradərili əhalinin məruz qaldığı irqi ayrı-seçkilik idi və məruzədən çıxan nəticə belə səslənirdi: ”Əgər bir dövlət öz vətəndaşlarını zorakılıqdan qoruya bilmirsə, o, özünü necə azadlığın müdafiəçisi adlandıra bilər?”

chje3

Çeni nümunəvi ailə başçısı qismində təsəvvür etmək çətindir, amma buna rəğmən onun beş uşağı olmuşdur –onun ilk həyat yoldaşı Hilda Qadeadan olan, 1956-cı ildə dünyaya gəlmiş qızı və onun inqilabçı-xanım Aleida March ilə ikinci nikahından doğulan dörd uşaq.

Çe Qevara əlləri olmadan dəfn edilib –onun əlləri tələsik həyata keçirilmiş ölüm hökmündən sonra barmaq izlərinin götürülməsi məqsədi ilə amputasiya edilərək Buenos-Aires polisinə təhvil verilmişdi. Çe Qevaranın dəfn edildiyi yer son dövrlərə qədər naməlum saxlanılırdı, yalnız 1997-ci ildə onun qalıqlar Vallegrande aerodromu yaxınlığındakı qardaş qəbrində tapılmışdı.

che2

Çe Qevaranın ən məşhur foto rəsmini istehsalçılar cürbəcür məhsul növlərinin üzərində yerləşdirilər, bu dahi inqilabçının insanların ürəyində qoyduğu rəğbət hissi ilə bağlıdır, həmçinin həmin inqilabçı insana nə qədər dəyər verilməsinə şahidlik edir. Əvvəlcə bu portret dəfn etmə mərasiminin binasında idi, onu yerli mətbuat nümayəndələrindən biri Alberto Korda öz fotoaparatının lentinə çəkmişdi. Bundan sonra uzun müddət ərzində həmin portret Çe Qevaranın evində divardan asılı qalmışdı. Bu zaman isə onu italiyalı bir jurnalist görmüş və hədiyyə olaraq ailədən istəmişdir.

che5

Çe Qevara Kubanın milli qəhrəmanıdır. Onun şəkli Kuba pesolarının üzərində təsvir olunub. Hər gün Kubada dərslər «Biz Çe kimi olacağıq» (We will be like Che) nəğməsinin ifası ilə başlayır. Argentinada -inqilabçının vətənində Çe Qevaraya həsr olunmuş, çox saylı muzeylər vardır. 2008-ci ildə Rosario şəhərində isə Çe Qevaranın şərəfinə 4 metr hündürlükdə bürünc heykəl ucaldılıb. Boliviya zəhmətkeşləri arasında Çe müqəddəs statusuna malikdir, onu elə müqəddəs Ernesto adlandırırlar. Onlar dua edir və ondan kömək istəyirlər. Həmin ərazidəki katolik kilsəsi bunu qəti əleyhinə çıxış edir, amma belə situasiyada edilməsi mümkün olan heç nə yoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər