Çeçenistan Azərbaycanda nümayəndəlik açacaq

0

Bakı və Qroznı Azərbaycanda Çeçenistan Respublikasının nümayəndəliyinin açılması barədə razılığa gəlib. Bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov VKontakte sosial şəbəkəsindəki səhifəsində yazıb.

O qeyd edib ki, müvafiq razılıq Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə Çeçenistan rəhbərinin müşaviri, RF Dövlət Dumasının deputatı Adam Delimxanovun görüşü zamanı əldə olunub.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Söhbət zamanı Azərbaycan və Çeçenistan Respublikası arasında iqtisadi, mədəni, idman, humanitar əlaqələrin gələcək inkişafı və möhkəmləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub, eləcə də Bakıda Çeçenistan Respublikasının nümayəndəliyinin açılması barədə razılığa gəlinib”, – deyə R.Kadırov yazıb.

O qeyd edib ki, daha əvvəl İ.Əliyevi Çeçenistana səfərə dəvət etmiş A.Delimxanov görüş zamanı dəvəti təsdiq edib. Azərbaycan prezidenti bildirib ki, ilk fürsətdə Groznıya səfər edəcək.

“İlham Heydəroviç dəvəti minnətdarlıqla qəbul edib və əmin edib ki, ilk fürsətdə Çeçenistana səfər edəcək. Çeçenistan ilə Azərbaycan arasında münasibətlər qədim ənənələrə malikdir və əsası Azərbaycan prezidenti Heydər Əliyev (1993-2003-IF) və Çeçenistanın birinci prezidenti, Rusiya qəhrəmanı Əhməd-Hacı Kadırov tərəfindən qoyulub”, – deyə o vurğulayıb.

©İnterfaks-Azərbaycan