2 C
Baku
Saturday, December 14, 2024

Çeçenistana da giriş-çıxış bağlanır

Prezident Ramzan Kadırov koronavirusun yayılması səbəbiylə aprelin 5-dən etibarən Çeçenistan Respublikası ərazisinə giriş və çıxışı tamamilə bağlayacağını elan edib.

“Ria Novosti” xəbər verir ki, Kadırov Çeçenistan sakinlərini aprelin 5-dək vətənlərinə qayıtmağa çağırıb.

“Əks təqdirdə onlar respublikaya daxil ola və ya çıxa bilməyəcəklər” ,- deyə o, qeyd edib.

Dövlət başçısı məhdudiyyətlərin qida və dərman daşınmalarına aid olmayacağını bildirib.

Qeyd edək ki, son məlumatlara görə, Çeçenistanda 10 koronavirusa yoluxma faktı qeydə alınıb.

Martın 28-dən etibarən yerli hakimiyyət orqanları tərəfindən respublika ərazisində karantin rejimi elan olunub. Vətəndaşlara heç bir səbəb olmadan evdən çıxmağın qadağan edildiyi bildirilib.

Son xəbərlər
Digər xəbərlər