İyulun əvvəlində “Amazon”un qurucusu və ortaq sahibi Ceff Bezos şirkətinin 3 milyona yaxın səhmini sataraq, 665.8 milyon dollar qazanıb. Cənab Bezos bu barədə Amerika tənzimləyicilərinə məlumat verib. Qeyd edək ki, “Amazon”un təsisçisi 2026-cı ilin may ayına qədər şirkətin 25 milyon səhmini satmaq niyyətindədir.
Uzun müddət ərzində “Amazon”un icraçı direktor vəzifəsini tutan cənab Bezos 2021-ci ildə istefa verib, şirkətdəki payının bir hissəsini isə satmağı planlaşdırdığını etiraf edib. Bu günə qədər Ceff Bezos 737 milyon dollarlıq səhm satıb. CNBC-nin məlumatına görə, o, hələ də təxminən 200 milyard dollar dəyərində 900 milyondan çox səhmə sahibdir.