10 C
Baku
Sunday, December 22, 2024

Ceff Bezos “Amazon”un 1.2 mlrd. dollarlıq səhmlərini satıb

Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən,”Amazon”un sədri və təsisçisi Ceff Bezos ötən cümə və bazar ertəsi şirkətinin 1.2 milyard dollarlıq səhmlərini satıb.

Noyabrın əvvəlindən o, “Amazon” ümumilikdə 2.7 milyard dollarlıq səhm satıb. Satışlar Ceff Bezosun 2025-ci ilin sonuna qədər 25 milyon səhm sata biləcəyi əvvəlcədən elan edilmiş plana uyğun olaraq həyata keçirilir. Artıq iş adamının 22 milyona yaxın səhmi satılıb.

İlin əvvəlindən “Amazon”un kapitallaşması 37.5% artaraq 2.17 trilyon dollara çatıb.

Daha əvvəl bildirilmişdi ki, dünyanın ən böyük onlayn pərakəndə satış şirkəti “Amazon” üçüncü rübdə xalis mənfəəti 1.5 dəfədən çox artırıb. İyul-sentyabr aylarında onun xalis gəliri 15.33 milyard dollar və ya hər səhmə görə 1.43 dollar təşkil edib. Şirkət dördüncü rübdə 181.5 milyard dollar ilə 188.5 milyard dollar arasında gəlir proqnozlaşdırır.

Son xəbərlər
Digər xəbərlər