8 C
Baku
Şənbə, Yanvar 22, 2022

Ceff Bezos “Amazon”un baş direktoru vəzifəsindən gedib

“Amazon”un qurucusu Ceff Bezos dünyanın ən böyük onlayn pərakəndə platformasının baş direktor vəzifəsindən ayrılıb, şirkətin yeni rəhbəri vəzifəsinə “Web Services” şöbəsini quran və ona rəhbərlik edən Endi Cessi təyin olunub.

Bu barədə “Amazon”un açıqlamasında deyilir.

C. Bezosun bu vəzifədən gedəcəyi fevral ayında məlum olub. May ayında o, 5 iyul tarixində vəzifəsindən ayrılacağını açıqlamışdı.

57 yaşlı iş adamı vəzifəsindən getdikdən sonra şirkətin İdarə Heyətinin sədri olaraq qalacaq. O, şirkətin səhmlərinin 10%-dən çoxuna sahibdir.

Qeyd edək ki, “Forbes” jurnalına görə, Bezos 177 mlrd. ABŞ dollarlıq sərvətlə dünyanın ən zəngin iş adamları siyahısına başçılıq edir.

Mənbə:APA
Son xəbərlər
Oxşar xəbərlər