13 C
Baku
Saturday, November 23, 2024

Ceff Bezos “Amazon”un daha 2 mlrd. dollarlıq səhmini satıb

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına (SEC) təqdim edilən sənədlərə əsasən, “Amazon”un qurucusu Ceff Bezos fevralın 13 və 14-də şirkətin daha 2 milyard dollarlıq səhmini satıb.

Məlumatlara görə, Bezos iki gün ərzində 166.5-170.9 dollar arasında dəyişən qiymətlərlə təxminən 12 milyon “Amazon” səhmini satıb.

“Amazon”un fevral səhm satışı Bezos üçün 2021-ci ildə baş direktor vəzifəsindən getdikdən sonra ilk idi. Daha əvvəl məlum olmuşdu ki, milyarder 2025-ci il yanvarın 31-dək 50 milyona qədər qiymətli kağız satmağı planlaşdırır.

Ceff Bezos dünyanın üçüncü ən zəngin adamıdır. Real vaxt rejimində yenilənən “Forbes Real-Time” reytinqinə görə, onun sərvəti fevralın 16-na 191.4 milyard dollar olaraq qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər