25 C
Baku
Saturday, July 6, 2024

Ceff Bezos “Amazon”un daha 5 mlrd. dollarlıq səhmlərini satır

“Amazon” korporasiyasının qurucusu Ceff Bezos ümumi dəyəri 4.9 milyard dollar olan 25 milyon səhm satmaq niyyətində olduğunu açıqlayıb. Bu gün açıqlanan satışda cənab Bezosun ilin əvvəlindən bu yana satdığı səhmlərin dəyəri 13.4 milyard dollara çatacaq.

İyunun sonunda “Amazon”un bazar kapitallaşması tarixdə ilk dəfə olaraq 2 trilyon dolları ötüb. İlin əvvəlindən şirkətin səhmləri 32% artıb. Ceff Bezos 2021-ci ildə şirkətin baş direktoru vəzifəsini tərk edərək “Amazon” direktorlar şurasının icraçı sədri vəzifəsini tutub. “S&P Capital IQ”a görə, bir neçə səhm satışından sonra o, “Amazon”un təxminən 9%-nə sahibdir. Cənab Bezos “Bloomberg”ə görə dünyanın ən varlı adamları reytinqində ikinci yerdədir – onun sərvəti 221.6 milyard dollar dəyərində qiymətləndirilir.

Daha əvvəl bildirilmişdi ki, birinci rübdə Amerika texnologiya korporasiyalarının rəhbərləri öz səhmlərini aktiv şəkildə satır. İnsayder satışların həcmi 2021-ci ildən bəri rekord səviyyəyə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər