10 C
Baku
Cümə axşamı, Oktyabr 28, 2021

Ceff Bezos biomüxtəlifliyin qorunmasına $1 mlrd. ayıracaq

“Amazon” şirkətinin qurucusu Ceff Bezos bütün səylərini təbiətin qorunmasına yönəltmək üçün bu il qrantlara 1 milyard dollar ayıracağını vəd edib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Bildirildiyi kimi, vəsaitlər iqlim dəyişikliyi ilə mübarizə proqramı çərçivəsində xərclənəcək.

Proqrama əsasən, Bezos 2030-cu ilə qədər “Torpaq Fondu”na 10 milyard dollar ayıracaq. Fond qarşısına “30*30” hədəfini qoyub və müxtəlif növ bitki və heyvanların yox olmasının qarşısını almağı nəzərdə tutur.

Vəsaitlər “qorunan və mühafizə olunan ərazilərin yaradılması, genişləndirilməsi, idarə edilməsi və monitorinqi” üçün xərclənməsi planlaşdırılır. Pullar Cənubi Amerika, Konqo hövzəsi və Sakit Okeandakı adalar regionlarına sərf olunacaq.

“Bu gün təbiətin vəziyyəti meşələrin toxunulmaz, çayların isə təmiz olduğu 500 il əvvəlkindən daha pisdir. Biz bu anomaliya ilə mübarizə apara bilərik və aparmalıyıq da. Güclərimizi birləşdirərək müasir həyatın faydalarından istifadə edə və ətraf mühiti qoruya bilərik”, – deyə Bezos əlavə edib.

Xatırladaq ki, sentyabr ayının əvvəlində “Torpaq Fondu” ekoloji qruplara 150 milyon dollar ayıracağını açıqlayıb. Bu pullar milli azlıqları və gəlir səviyyəsi aşağı olan rayon sakinlərini müdafiə edən qruplara veriləcək.

Son xəbərlər
Oxşar xəbərlər