27 C
Baku
Sunday, April 28, 2024

Ceff Bezos dünyanın ən varlı adamı olub

Amerikalı sahibkar və “Amazon”un qurucusu Ceff Bezos “Bloomberg” tərəfindən dərc edilən “Milyarderlər indeksi”nə görə 2021-ci ildən bəri ilk dəfə dünyanın ən varlı adamı olub, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Reytinqə əsasən, Bezosun sərvəti son 24 saat ərzində 500 milyon dollar azalıb və hazırda 200 milyard dollar olaraq qiymətləndirilir.

Reytinqdə ikinci yerdə “X”sosial şəbəkəsinin sahibi İlon Mask (198 milyard dollar) dayanır. “LVMH” şirkətlər qrupunun sahibi Bernard Arno (197 milyard dollar) ilk üçlüyü tamamlayır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər