12 C
Baku
Saturday, November 23, 2024

Ceff Bezos son 20 ildə ilk dəfə “Amazon” səhmini alıb

“Amazon”un təsisçisi Ceff Bezos şirkətin bir səhmini 115 dollara alıb. Qeyd edək ki, Bezos son 20 ildə ilk dəfədir ki, qurduğu korporasiyanın qiymətli kağızlarını alır və bu,analitiklərin çaşqınlığına səbəb olub.

Bu barədə “Bloomberg” ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyasına təqdim etdiyi sənədə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, alış Bezosun korporasiyadakı payının 2002-ci ildən bəri ilk artımı olub. Son 20 ildə milyarder “Amazon”un təxminən 30 milyard dollarlıq səhmlərini satıb.

2022-ci ilin noyabrında Bezos həyatı boyu sərvətinin böyük hissəsini xeyriyyəçiliyə verməyi planlaşdırdığını açıqlayıb. Milyarder pulu iqlim dəyişikliyi ilə mübarizə aparmaq və “insanları sosial və siyasi parçalanmalar qarşısında bir araya gətirmək” üçün istifadə etmək istəyir.

Son xəbərlər
Digər xəbərlər