28 C
Baku
Saturday, July 27, 2024

Ceff Bezosun sərvəti “Nike” və “McDonald’s” şirkətinin kapitallaşmasını üstələdi

“Amazon”un təsisçisi olan Ceff Bezosun sərvəti bir gündə 13 milyard dollar artıb. Hazırda “Forbes Real-Time” reytinqində sahibkarın mülkü 189 milyard dollar dəyərində qiymətləndirilir ki, bu da “Exxon Mobil” (179,7 milyard dollar), “Nike” (148,7 milyard dollar) və “McDonald’s” (142,5 milyard dollar) kimi şirkətlərin bazar kapitallaşmasını üstələyir.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, Ceff Bezos “Amazon”da 11%-lik paya sahibdir. CNBC-nin verdiyi məlumata görə, iyulun 21-i şirkət üçün olduqca uğurlu olub: səhmlər 7,93% bahalaşaraq 3196,84 dollar səviyyəsinə çatıb.

Ceff Bezosun “Forbes” reytinqində ən yaxın rəqibləri “Dior” və “Louis Vuitton” şirkətlərinin sahibi Bernar Arno (113,8 milyard dollar) və “Microsoft”un təsisçisi Bill Qeytsdir (113,4 milyard dollar).

Ceff Bezosun keçmiş həyat yoldaşı olan Makkenzi Bezosun sərvəti bazar ertəsi günü 4,6 milyard dollar artıb – 62,6 milyard dollara qədər. Qeyd edək ki, Makkenzi Bezos “Amazon”da 36 milyard dollarlıq paya sahibdir. Hal-hazırda, o, dünyanın ən zəngin qadınlarından biridir.

Son xəbərlər
Digər xəbərlər