13 C
Baku
Saturday, November 23, 2024

Çekə görə vergi ödəyicisinə 6 min manatadək maliyyə sanksiyası tətbiq olunacaq

Xəbər verdiyimiz kimi, nəzarət-kassa aparatının çekində əks olunmalı məlumatlarda dəyişikliklər edilib. Nəzarət-kassa aparatının çekində tələb olunan məlumatların əks olunmadıqda bu çeki təqdim edən satıcının məsuliyyətə cəlb edilməsinə səbəb olmaqla yanaşı, ödənilmiş ƏDV-nin alıcıya qaytarılmasından imtinaya əsas verir.

Banker.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, tələb olunan məlumatların əks olunmadığı çeklərin təqdim edilməsinə görə vergi ödəyicisinə

– təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;

– təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində

– təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Son xəbərlər
Digər xəbərlər