9 C
Baku
Thursday, December 12, 2024

Cek Dorsi “Twitter”in analoqunu işə salıb

“Twitter”in yaradıcısı Cek Dorsi “AppStore”da “BlueSky” adlı yeni proqram təqdim edib. Hazırda bu proqram yalnız iOS istifadəçiləri üçün əlçatandır. “BlueSky” istifadəçilərinin sayı təxminən 2 min nəfərdir.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Twitter”in ABŞ-ın keçmiş prezidenti Donald Trampın hesabını dondurmasından sonra Cek Dorsi belə bir layihə ideyasından ilhamlanıb. Dorsinin sözlərinə görə, “BlueSky” kimin söz sahibi olub, kimin söz sahibi olmadığına qərar verə bilən oxşar mərkəzləşdirilmiş platformalar tərəfindən səlahiyyətdən sui-istifadə və tənzimləmə ehtimalını azaldacaq.

“BlueSky” platforması “Twitter”in yan layihəsi kimi yaradılıb və ondan maliyyə alıb, lakin heç bir şəkildə ondan asılı olmayıb. Tətbiqin özü “Twitter” ilə demək olar ki, eynidir – burada da 256 simvola qədər qısa mesajlar və fotoşəkillər yerləşdirmək mümkündür.

Siz digər istifadəçiləri izləyə və onların yeniləmələrini görə bilərsiniz. Hazırda “Twitter”in bir çox alternativləri mövcuddur, onlardan biri “Mastodon” tətbiqidir.

Son xəbərlər
Digər xəbərlər