Çinin ən varlı insanı olan Cek Ma öz sərvətini internetlə ticarət sayəsində əldə etmişdir. Onun sahib olduğu Alibaba şirkəti e-commerce sahəsində Çinin ən böyük layihəsidir və şirkət bu yaxınlarda 1 saat ərzində ümumi dəyəri 2 milyard dollar edən məhsul satışı həyata keçirməyi bacarmışdı. Cek Ma belə bir fikir səsləndirmişdir ki, əgər bir şəxs 35 yaşına qədər hələ də yoxsul olaraq qalıbsa, deməli o buna layiqdir! Çünki o olduğu vəziyyəti dəyişmək üçün əlindən gələni etməmişdir.
Cek Ma demişdir: “Alibaba şirkətinin əsasını qoymadan əvvəl bu biznes ideyasını müzakirə etmək üçün 24 dostumu evə dəvət etmişdim. Biz iki saata qədər söhbət etsək də, onlar ideyanı tam olaraq anlamamışdılar. Ola bilsin, mən dəqiq izah edə bilmirdim. Hətta dostlarımdan ikisi bir çox səbəblərdən bu ideyadan imtina etməli olduğumu dedilər. Onların səsləndirdikləri əsas səbəblərdən biri mənim interneti yaxşı bilmədiyim və başlanğıc kapitalımın olmaması idi”.
Yalnız bir dostum (o zaman bankda işləyirdi) mənə dedi: “Əgər bununla məşğul olmaq istəyirsənsə gəl cəhd edək. Əgər bu ideya alınmasa əvvəl məşğul olduğun peşənə geri dönə bilərsən”. Bütün gecəni düşündüm və belə qərara gəldim ki, hətta dostlarımın 24-ü də ideyaya etiraz etsəydilər belə mən yenə də risk edərdim”.
Alibaba işə başladığı ilk vaxtlardan ailə və dostlarım tərəfindən xoşagəlməz hallar yaşanmağa başladı. Geriyə baxdığımda anlayıram ki, məni irəli hərəkət etməyə təkan verən “Nə ilə məşğul olduğunuz önəmli deyil. Uğur qazanıb və yaxud uğursuzluğa düçar olmağınızdan asılı olmayaraq təcrübə özü uğurun bir növüdür. Cəhd etməyə davam etməlisiniz və son nəticədə heç bir şey alınmadıqda əvvəllər məşğul olduğunuz işə qayıtmalısınız” deyimi olub.
İnsanlar aşağıdakı səbəblərə görə həyatda uğursuzluqla üzləşirlər:
— İmkanların fərqində olmurlar;
— İmkanları qiymətləndirmirlər;
— İmkanları anlamırlar;
— Kifayət qədər cəld hərəkət etmirlər;
— Siz yoxsulsunuz, çünki ambisiyanız yoxdur.
Ambisiyalı olmaq – həyatda müəyyən məqsədə nail olmaq və dahi ideyalarla zəngin həyatla yaşamaq deməkdir. Həyatda fərqində olmadığımız və yaxud əlçatmaz cəhətlər olsa da, lakin həyatda qeyri-mümkün heç bir şey yoxdur. Ambisiyalarınızın dərinliyi gələcəyinizi təyin edir. Bunu unutmayın!