-1 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

Cek Ma qurduğu biznes-məktəbin prezidenti vəzifəsindən istefa edir

Çinli milyarder Cek Ma 2015-ci ildə qurduğu “Hupan” biznes-məktəbin prezidenti vəzifəsindən istefa edəcək. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən “Financial Times” yazıb. Bununla yanaşı, nəşrə görə, Ma məktəbdə mühazirələr deməyə davam etməyi planlaşdırır.

Xatırladaq ki, keçən həftə mediada “Hupan” məktəbinin adının “Hupan Innovation Center” olaraq dəyişdirildiyini yazıblar. Qeyd edildiyi kimi, son illərdə Çin təhsil müəssisələrinin bu statusu üzərində nəzarəti sərtləşdirib və məktəb “universitet” adından imtina etmək məcburiyyətində qalıb.

“Hupan University”nin hekayəsi – Çin hökumətinin Maya göstərdiyi təzyiqin daha bir sübutudur. Keçən il milyarderin sahib olduğu “Alibaba Ant Group” şirkətinə qarşı antimonopoliya ilə əlaqəli araşdırma başlanılıb. Çin səlahiyyətliləri Manın tənqidi açıqlamalarından narazı qalıb. Məsələn, sahibkar maliyyə tənzimləyicilərinin “innovasiyaları boğduğu” fikrini səsləndirib.

Son xəbərlər
Oxşar xəbərlər