26 C
Baku
Thursday, October 10, 2024

Cek Ma ÜST-ə 100 milyondan çox maska təhvil verəcək

Dünyanın ən iri elektron kommersiya platforması “Alibaba” şirkətinin təsisçisi Cek Ma koronavirus pandemiyası ilə mübarizə məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 100 milyondan çox qoruyucu maska və digər vasitələr təhvil verəcək.

Tədarük paketinə, həmçinin 1 milyon N95 respiratoru və nuklein testləri daxildir.

Bundan əvvəl də Cek Ma və “Alibaba” şirkətinin fondları ÜST-ə 2,2 milyon maska, 20 min qoruyucu geyim, süni ventilyasiya qurğuları və digər avadanlıqlar təhvil verib.

©Trend

Son xəbərlər
Digər xəbərlər