12 C
Baku
Sunday, October 27, 2024

Cekson Hol sammitində ciddi açıqlamalar gözlənilmir – Analitiklər

Avqust ayının 24-26-da ABŞ-ın Vayominq ştatının Cekson Hol (Jackson Hole) dağ kurort şəhərciyində dünyanın ən iri mərkəzi banklarının (MB) rəhbərləri və məşhur iqtisadçı və analitiklərin iştirakı ilə konfrans keçiriləcək. Tədbirin əsas spikerləri Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Canet Yellen və Avropa Mərkəzi Bankının (ECB) sədri Mario Dragidir. FED rəhbərinin çıxışı cümə günü, avqustun 25-də Bakı vaxtı ilə saat 18:00-da, ECB sədrinin çıxışı isə həmin gün 23:00-da olacaq.

Analitiklər FED rəhbərinin mövcud monetar siyasətin dəyişdirilməsi ilə bağlı heç bir fikir səsləndirməyəcəyini ehtimal edirlər. Açıq Bazar Komitəsinin son iclasının protokollarında inflyasiyanın aşağı səviyyədə olmasından narahatlığını bildirən FED rəhbərliyinin neytral mövqe tutaraq müşahidələrini davam etdirəcəyi proqnozlaşdırılır.

Analitiklər ECB-nin daha əvvəl yaxın aylarda monetar ekspansiyanın dayandırılmasını düşünürdüsə, son məlumatlara görə, bu planın bir qədər ertələndiyi bildirilir. Nəticədə, Cekson Hol sammitində maliyyə bazarları üçün önəmli açıqlamalar gözlənilmədiyi vurğulanır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər