“Çelsi” “Lids”in vingeri Rafinyanı transfer etməyə yaxındır.
London klubu futbolçunun transferi üçün 55 milyon funt-sterlinqdən çox ödəməyə hazırdır.
“Lids”in təklifi qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, “Çelsi”nın braziliyalının transferilə bağlı mövqeyi daha əlverişlidir. Belə ki, “Arsenal” hazırda bir oyunçu üçün bu məbləği ödəməyə hazır deyil. “Barselona”nın isə belə bahalı transferi ödəməyə imkanı yoxdur.
Son qərarı oyunçunun özü verəcək.
Xatırladaq ki, Rafinya ötən mövsüm Premyer Liqada 35 oyuna çıxıb, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.